XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2016 - 10:29

Bakıda polis nurçulara qarşı əməliyyat keçirib:Qadağan olunmuş ədəbiyyat aşkar edilib

hebs

Bakıda nurçulara qarşı əməliyyat keçirilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan təbliği və yayımı qanunla qadağan olunmuş 159 ədəd kitab və 9 ədəd jurnal aşkarlanıb.

Rayonun Lökbatan qəsəbəsində həyata keçirilən tədbirlər zamanı isə qəsəbə sakinləri – 1975-ci il təvəllüdlü İlkin İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü Samir İbrahimovdan 17 ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü Qəndab Hüseynovadan  15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat götürülüb. (APA)

Məlumata görə, evində axtarış aparılan şəxslərin nurçuluğu təbliğ edirmiş.