XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2016 - 10:41

Xorvatiya prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

xorvat-qebul

Azərbaycana rəsmi səfərə gələn Xorvatiya Respublikasının prezidenti, xanım Kolinda Qrabar-Kitaroviçin rəsmi qarşılanma mərasimi keçirilib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi qarşılayıb. Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Qonaq Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim edilib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.