XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Oktyabr 2016 - 16:14

BMT nümayəndəsi:“Azərbaycan hökumətinə gənclərin inkişafı proqramı sahəsində yardım etməyə hazırıq”

mn

“Biz Azərbaycan hökumətinə gənclərin inkişafı proqramı sahəsində yardım etməyə hazırıq”. 

Bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Gulam İsaqzai “Azərbaycanda dayanıqlı inkişafa nail olmaqda gənclərin rolu” adlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, bu məsələ Azərbaycanla BMT arasında yeni tərəfdaşlıq çərçivə sazişində öz əksini tapacaq:BMT üçün vacib məsələ dayanıqla inkişaf məsələləri ilə bağlı 2015-ci ildə Azərbaycanda Milli Koordinasiya Şurasının təsis edilməsi idi. Bu şuranın yaradılması Azərbaycanın sözügedən məqsədlər üçün nə dərəcədə siyasi iradə göstərməsinin təzahürüdür. Ölkə tərəfindən atılan bu addımı alqışlayırıq. Bu məqsədlərin milli strategiyada əks etdirilməsi məsələsində Azərbaycan hökumətinə yardım etməyə hazırıq. Avropa gənclər forumu bu il Gəncədə açılıb. Apreldə Azərbaycan BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu keçirib”.
Q. İsaqzai qeyd edib ki, gənclər dünyanın fəal təbəqəsidir və dayanıqlı inkişaf məqsədlərində onların fikri dinləniləcək.
Daha sonra mövzu ətrafında panel müzakirələri keçirilib. Müzakirələr hökumət, parlament üzvləri və BMT ekspertləri tərəfindən aparılıb.
 
Xatırladaq ki, Azərbaycan BMT-yə üzv ölkələrlə birlikdə 2015-ci ilin sentyabrında BMT sammitində 2030 gündəliyini qəbul edib. Sənəddə növbəti 15 il ərzində yoxsulluğun azaldılması, rifahın təşviq olunması, inklüziv və ədalətli təhsilin təminatı, iqtisadiyyatın daha dayanıqlı təməl üzərində qurulması, bərabərsizliyə, iqlim dəyişikliyinə qarşı mübarizə və təbii resursların qorunması əks olunub.  (APA)