XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2016 - 16:32

Nazir Hüseyn Bağırovun qəbul qrafiki dəyişdi –Açıqlama

huseyn bag

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Tovuz şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla 27 oktyabr 2016-cı il tarixində nəzərdə tutulmuş görüş noyabr 3-ə keçirilib. Görüş saat 10.00-da Heydər Əliyev Mərkəzində keçiriləcək:

"Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müraciət etmələri xahiş olunur".