"BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır".
Bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, BMT ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və məsələnin sülh yolu ilə həllini tapmaq həmsədr ölkələrin işidir. (Report)