XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2016 - 21:44

Ərdoğan yenə BMT-ni “vurdu”:"İslahatlar aparmağa ehtiyacı var"

erdogan

"BMT-nin məqsədlərinə layiqincə nail olmaq üçün islahatlar aparmağa ehtiyacı var".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin yaranmasının 71-ci ildönümü münasibəti ilə açıqlamasında bildirib.

"Ölkəmizin də qurucuları arasında olduğu Birləşmiş Millətlər Təşkilatının 71-ci ildönümü millətimiz və bütün bəşəriyyət üçün xeyirli olsun. Qədim tarixi, zəngin mədəni təcrübəsi, strateji mövqeyi və təbii gözəllikləri ilə İstanbulun BMT-nin mərkəzi olaraq təşkilatın missiya və hədəflərinə çox dəyərli töhfələr verəcəyinə inanırıq”, – Ərdoğan qeyd edib.

Axar.az