XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 13:30

Sabah hava necə olacaq? –Nazirlik proqnozu açıqladı

 Hava Bakı

Sabah Bakı və Abşeron yarımadasında bəzi yerlərdə  arabir yağış  yağacağı  gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə iistinadən xəbər verir ki, sabah havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə  6-8° isti, gündüz  9-11° isti olacağı gözlənilir. 

Mülayim şimal-şərq küləyi əsəcək.Atmosfer  təzyiqi  normadan yüksək  773 mm civə sütunu, nisbi rütubət   85-95 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.