XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 15:27

KİV:"Rusiya "Türk axını" layihəsini Avropaya qədər uzada bilər"

Türk Axını

Rusiya Avropa İttifaqından rəsmən zəmanət alacağı təqdirdə "Türk axını" layihəsini qərbə doğru uzada bilər.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir qeyd edib ki, Rusiya və Türkiyə Avropa, xüsusilə də Yunanıstan istiqamətində “Türk axını” qaz kəməri üzrə saziş imzalayıb.

“Cənub axını” layihəsinin uğursuzluğundan sonra bu layihənin həyata keçirilməsi üçün yalnız rəsmi, zəmanətli kağız aldıqda onu Avropa İttifaqına uzatmağa hazır olacağıq", – deyə S.Lavrov əlavə edib.  (Report)