XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 16:47

Prezident İlham Əliyevdən pakistanlı həmkarına başsağlığı məktubu:"Xəbərdən çox kədərləndik"

ilham

Prezident İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib.

Bu barədə Prezideentin mətbuat xidməti məlumat yayıb.

Məktubda bildirilir:

“Hörmətli cənab Prezident, Kvetta şəhərindəki polis kollecində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi. Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”.