XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 17:50

Nazir müavini yoxlamadan danışdı:“Ciddi qanun pozuntusu və saxtakarlığa yol verildiyi üzə çıxıb”

rabite-2

"2015-ci ilin sonlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan yoxlamalar nəticəsində ayrı-ayrı rəsmi şəxsləri tərəfindən ciddi qanun pozuntularına və maliyyə saxtakarlığına yol verildiyi üzə çıxıb. Təəssüflər olsun ki, baş verən hadisələr nazirliyin qurumlarının maliyyə və təsərrüfat fəaliyyətinə mənfi təsir göstərib, müəssisələrin gəlirliliyi aşağı düşüb və müəssisələr borcla işləmək məcburiyyətində qalıb".

Bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin yanvar ayının 15-dən nazirlikdə ciddi islahatlar aparılıb:

"Nazirliyin mərkəzi aparatında struktur dəyişikliyi edilib. Həmin dəyişikliklər nəticəsində ilk növbədə nazirliyin tabeli qurumlarına nəzarətin həyata keçirilməsi, mütəmadi olaraq maliyyə yoxlamalarının və auditin aparılması məqsədilə daxili nəzarət, audit şöbəsi, maddi-texniki təchizatın bir mərkəzdə cəmlənməsi və idarə edilməsi məqsədilə təsərrüfat və maddi-texniki təchizat şöbələri yaradılıb. Ötən dövr ərzində maliyyə intizamının gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. Əvvəlki illərdən yığılmış borclar tədiyyə edilib və onların restrukturizasiyası aparılıb. Sözügedən proseslər nəticəsində bir sıra şişirdilmiş borclar mövcudluğu aşkar edilib, aparılan danışıqlar nəticəsində həmin borclar azaldılıb.

Belə ki, "Huawei", "ZTE" və bir sıra şirkətlərlə bağlanmış müqavilələr üzrə yığılmış kreditor borclarında endirimlər edilməsi üçün aparılmış danışıqlar nəticəsində milyonlarla manat vəsaitə qənaət edilib. Görülmüş işlər nəticəsində "Huawei" şirkətinə olan köhnə bor tamamilə bağlanıb, "ZTE" şirkətinə olan borcların ödənişi isə qrafik üzrə aparılıb".

APA