XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2015 - 07:55

Türkiyə tarixi sınaq qarşısında – Seçki noyabrın 1-də olacaq

Ali Seçki Şurasının (YSK) təkrar parlament seçkilərinin keçirilməsi üçün qanundakı 90 günlük müddəti 30 gün (1 ay) qısaldaraq, seçkiləri noyabrın 1-də təyin etməyi planlaşdırıb.

Strateq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə erkən seçkiyə gedilməsi ehtimalının qaçılmaz olmasının dərhal ardından təkrar seçkinin keçiriləcəyi tarix müzakirə edilməyə başlanıb. Bu səbəbdən YSK təkrar seçkilərin keçiriləcəyi təqdirdə qanundakı 90 günlük müddəti qısaltma səlahiyyəti olduğunu yekdilliklə qəbul edib. YSK-nin bu qərarının qəti olduğu və etirazın mümkün olmadığı öyrənilərkən, qərarın da Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil edilən Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyasının (HDP) YSK-dakı nümayəndələrinin də müsbət fikirləri alındıqdan sonra yekdilliklə qəbul edildiyi vurğulanıb.

Beləliklə, 45 gün müddətində hökumət qurulmadığından erkən seçki qərarı alındığı üçün 90 gün sonra ilk bazar günü təkrar seçki keçirmək lazımdır.

YSK-dakı mənbələrdən verilən məlumata görə, Ərdoğanın erkən seçki qərarının ardından 90 gün müddəti 60 günə çəkiləcək və seçki təqvimi 30 gün (1 ay) qısalacaq. Bu vəziyyətdə, erkən seçki noyabr ayının əvvəlində keçiriləcək. Mənbə onu da qeyd edib ki, erkən seçki qərarı veriləcəyi təqdirdə seçkilərin noyabrın 1-də keçiriləcəyi açıqlanacaq.