XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 11:27

Paytaxtın bu küçə və prospektlərində tıxac var- SİYAHI

Hazırda paytaxtın əsasən mərkəzi küçə və prospektlərində, o cümlədən Ağa Nemətulla küçəsindən metronun N.Nərimanov istiqamətinə, Tbilisi prospektindən şəhər mərkəzi istiqamətinə, Afiyədin Cəlilov küçəsində və Ziya Bünyadov prospektindən 20 yanvar dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda qeyd olunur ki, ötən gün tıxacın olduğu Binəqədi şossesində isə vəziyyət nisbətən normallaşıb. Hazırda Binəqədi qəsəbəsindən şəhər istiqamətində sıxlıq müşahidə edilir. Ötən gün bu yolda yaranmış vəziyyətlə əlaqədar 9 marşrut xətti üzrə edilən dəyişiklik artıq aradan qaldırılıb və avtobuslar əvvəlki trayektoriya ilə hərəkət edirlər.

Agentlik bildirir ki, Binəqədi şossesində yağış sularının dolması səbəbindən, həmin yoldan keçən 20-yə yaxın sərnişin avtobusunda texniki nasazlıq yaranıb. Hazırda BNA və həmin avtobusların aid olduğu daşıyıcılar sərnişinlərin vaxtında gediş-gəlişini təmin etmək və avtobuslararası intervalların artmaması üçün zəruri tədbirlər görür.