Hindistanın Ticarət və Sənaye Nazirliyinin idarə rəisi Sunil Kumar Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov ilə görüşü olub.
Bu barədə Strateq.az–a Hindistanın Azərbaycandakı səfirliyindən məlumat veriblər. Görüşdə qarşı tərəf ikitərəfli ticarət, sərmayə qoyuluşu, ticarət, iqtisadiyyat, elm və texnologiya sahələri daxil olmaqla, bütün sahələrdə Hindistanın Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək arzusunda olduğunu bildirib.
İki günlük səfər çərçivəsində S.Kumar Bakıda keçirilən Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak edən Hindistan nümayəndə heyətinə rəhbərlik edir. İki nümayəndə heyətinin görüşündən sonra energetika nazirinin müavini Gülməmməd Cavadov ticarət, sərmayə qoyuluşu, nəqliyyat, energetika, sənaye istehsalı, kənd təsərrüfatı, turizm, səhiyyə, əczaçılıq, təhsil və informasiya texnologiyası sahələrində əməkdaşlığın daha da genişləndirməsi məqsədilə Protokol imzalanıb.
Sunil Kumar qeyd edib ki, Hindistan Azərbaycan, İran, Hindistan və Rusiyanın birgə təsis etdiyi Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı üçün Azərbaycanın göstərdiyi səyləri qiymətləndirir: “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi regional iqtisadi və ticarət mübadilələrinə böyük təkan verəcək və gələcək illərdə regional nəqliyyata çevriləcəkdir. Hindistan yükün bu marşrutla sürətli və səmərəli hərəkət etməsini təmin etmək məqsədilə gömrük və digər prosedurların səmərələşdirmək üçün bütün tərəfdaşlar arasında əlaqələndirmənin yaradılmasını dəstəkləyir”.
Görüşdə Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana bildirib ki, Hindistan-Azərbaycan əlaqələri güclü siyasi münasibətlər əsasında daha da güclənməkdə davam edir və qarşılıqlı əməkdaşlıq inkişaf etməkdədir. Hindistanla Azərbaycan arasında ikitərəfli ticarət 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ildə 28 faiz artıb. Hindistanın ONGC-Videsh şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tərəfdaşıdır. Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı məqsədilə addımlar atır və Hindistan şirkətləri kənd təsərrüfatı, sənaye istehsalı, əczaçılıq və informasiya texnologiyaları kimi sahələrdə qeyri-neft sektorunun inkişafı üçün imkanlardan istifadə etməkdə maraqlıdırlar. Hindistanın əczaçılıq məhsulları və dərmanları münasib qiymətə əldə oluna biləcək yüksək keyfiyyətə malikdir və Hindistan dərmanlarının Azərbaycanda mövcudluğu hamı üçün qazanmaq-qazanmaq vəziyyəti olacaqdır.
Strateq.az