XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 14:48

Sabiq rabitə naziri təkzib etdi: “Mənə cinayət işi açılmayıb”

eli_abbasov

 

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işinin başlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

 Sabiq nazir APA-ya açıqlamasında deyib ki, barəsində cinayət işi başlanmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiyadır.

O, hazırda evində olduğunu da əlavə edib.

 Qeyd edək ki, bəzi KİV-də sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində ayrıca cinayət işi başlanması ilə bağlı xəbərlər yayılıb. Sabiq nazirin barəsində cinayət işinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrıldığı və ayrıca icraata verildiyi də iddia olunur.