XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

26 Oktyabr 2016 - 18:54

Prezident İlham Əliyev Berdiməhəmmədova təbrik məktubu göndərdi –Mətn

ilham

Prezident İlham Əliyev Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

"Hörmətli Qurbanqulu Məlikquliyeviç, 

Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram".