XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 Oktyabr 2016 - 18:24

Ərdoğan:"Bizim bu şəhərlə qohumluq bağlarımız var"

erdogan

Hələb üzərindən danışıqlara getmək olmaz. Bizim bu şəhərlə qohumluq bağlarımız var.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29-cu Muxtarlar toplantısında deyib.

Onun sözlərinə görə, Hələbdəki vəziyyət Rusiya lideri Vladimir Putinlə müzakirə olunub:

“Bizim Hələblə bağlı etirazlarımız var. Bunu hörmətli Putinlə danışarkən də dedim. Hələbdə terrorçu təşkilatlarla mübarizəni davam etdirək. Amma Hələb hələblilərindir. Hələb üzərindən danışıqlara getmək olmaz. Bizim bu şəhərlə qohumluq bağlarımız var. Hələbdə vəziyyət gərginləşsə, bu insanların gedəcəyi yer Qaziantep və Kilisidr.

Sadəcə, bizim rəsmi xərclədiyimiz məbləğ 13-14 milyard dollardır. Bir o qədər də bələdiyyələrimiz xərcləyib. Avropa Birliyindən dəstək gəlsə də, gəlməsə də, biz suriyalı qardaşlarımızı tək qoymayacağıq. Hətta düşərgələrdə yaşayanlara vətəndaşlıq verilməsi üçün çalışmalar da aparılır”.  (Axar.az)