XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Oktyabr 2016 - 18:57

Vyetnam Azərbaycandasəfirlik aça bilər

Vyetnam hökuməti ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan vermək məqsədilə Azərbaycanda səfirlik açmaq məsələsinə baxır.

Bu barədə Trend diplomatik mənbə məlumat verib.

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda həllini tapacaq.

Hazırda ikitərəfli münasibətlər Azərbaycanda da akkreditasiyadan keçmiş Vyetnamın Rusiyadakı səfirliyi tərəfindən əlaqələndirilir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki dövlət arasında əmtəə dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-avqust ayları ərzində 65.394 milyon dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycanın Vyetnamdakı səfirliyi 2013-cü ildə açılıb.