XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2016 - 00:52

İtaliyada 6,2 bal gücündə daha bir zəlzələ oldu –Şəhərlər silkələndi

İtaliya

İtaliyanın Marke vilayətində 6,2 bal gücündə daha bir zəlzələ olub.

Yeraltı təkanlar paytaxt Romada 20 saniyə ərzində hiss edilib.

İki saat əvvəl bölgədə 5,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Askoli-Piçeno şəhərindən 37 km qərbdə, paytaxt Romadan isə 132 km şimal-şərqdə, ocağı isə 2 km dərinlikdə yerləşib . Zəlzələ paytaxt Roma daxil olmaqla Florensiya, Peruca, Akvila və bir sıra digər şəhərlərdə hiss olunub.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir(APA).

Xatırladaq ki, avqustun 25-də İtaliyanın mərkəzi bölgəsində baş vermiş güclü zəlzələnəticəsində 300 nəfər ölmüş, 400-dən çoxu xəsarət almışdı.