XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 October 2016 - 12:00

Evi partlayan “Azəravtoyol”un Aparat rəhbəri Türkiyədə vəfat etdi

ev-aparat

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Qurbanov dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisədən sonra M.Qurbanov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib. 

Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Qurbanlı ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Qurbanlı isə ölüb.

M.Qurbanov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdirilmişdilər.