Oktyabrın 27-də Milli Məclisin aqrar siyasət və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Qanunda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihələri müzakirə edilir.