XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2016 - 12:12

Elmin İnkişafı Fondu qrant müsabiqəsinin qalibləriniaçıqladı –SİYAHI

 

elm-fondu

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ötən il elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim edilən kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.

EİF-dən  bildiriblər ki, müsabiqənin əsas prioritetləri yüksək enerjilər fizikası, müxtəlif sistemlər üçün kvant hesablamaları, müdafiə və təhlükəsizlik istiqamətində elmi-texniki tədqiqatlar, kosmik tədqiqatlar, Yerin məsafədən zondlanması, informasiya təhlükəsizliyinin təmin olunması, alternativ enerji mənbələri, molekulyar-genetik tədqiqatlar, kənd təsərrüfatı biotexnologiyaları, torpaq münbitliyi və ərzaq təhlükəsizliyi, kök-hüceyrə tədqiqatları, herontologiya, hidrofob və antibakterial xassəli yeni polimerlərin tədqiqi, kimyəvi kinetika və kataliz üzrə tədqiqatlar, izotop geologiyası və geoxronologiya, azərbaycançılıq ideologiyası: ənənə və müasirlik, yeni müstəqillik tarixi, multikulturalizm və dini dəyərlər, Azərbaycan dilinin lüğət tərkibinin inkişafı, Azərbaycanın və Qafqaz tarixinə dair Şərq yazılı mənbələrinin tədqiqi, Azərbaycan mühacirət ədəbiyyatı, iqtisadi inkişaf modelləri olub.

Ötən il elan edilmiş əsas qrant müsabiqəsinə 133 layihə daxil olub. Həmin təşəbbüslər sırasından ümumi maliyyələşdirilmə həcmi 9 milyon 970 min manat olmaqla 57 qalib layihə müəyyənləşdirilib və EİF-in Himayədarlar Şurasının müvafiq qərarı ilə təsdiqlənib. Belə ki, fizika-riyaziyyat və texnika elmləri üzrə 16, kimya elmləri üzrə 10, Yer haqqında elmlər üzrə 7, biologiya, tibb və aqrar elmləri üzrə 11, humanitar və ictimai elmlər üzrə 13 layihə qalib seçilib. Layihələrin icra müddəti 12-36 aydır. Bu müddət əhəmiyyətli və tətbiqi xarakterli nəticələrin alınmasına imkan verəcək. Kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin maliyyələşdirilməsi EİF-in büdcə vəsaitindən asılı olaraq 2016-2018-ci illərdə həyata keçiriləcək.

EİF gələcəkdə də kompleks elmi-tədqiqat proqramları üzrə böyük maliyyə həcmli və uzunmüddətli qrant layihələrini dəstəkləyəcək.

Müsabiqənin nəticələri ilə bağlı ətraflı məlumatı www.sdf.gov.az linkindən əldə etmək mümkündür.