XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2016 - 12:43

Prezident Poroşenko Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib

poros-sefir

Azərbaycan Respublikasının Ukraynaya yeni təyin olunmuş səfiri Azər Xudiyev oktyabrın 26-da etimadnaməsini Ukrayna Prezidenti Pyotr Poroşenkoya təqdim edib. Bu barədə Ukrayna dövləti başçısının mətbuat xidməti məlumat yayıb.

Prezident və səfirimiz Ukrayna ilə Azərbaycanın suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi barədə ölkələrimizin mövqelərinin dəyişmədiyini vurğulayıblar. Görüşdə Ukrayna-Azərbaycan dialoqunda müşahidə olunan yüksək dinamika müsbət qiymətləndirilib.

Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının beşinci iclası və Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın bu il keçirilən 11-ci iclası çərçivəsində əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin əhəmiyyəti vurğulanıb.