XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Oktyabr 2016 - 16:46

Baş mütəxəssis:"Salonlarda işləyən, televiziyalarda özünü reklam edən kosmetoloqların çoxunun savadı yoxdur"

zz

“Bu gün ölkədə kifayət qədər dermatoloq kimi fəaliyyət göstərənlər var. Lakin onların bir çoxunun müvafiq istiqamət üzrə təhsili olmur və müxtəlif kurslarda oxuyandan sonra mütəxəssis kimi fəaliyyətə başlayırlar”. Bunu Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu Zülfüqar Fərəcov deyib.

Həmin insanların bir çoxunun özünə kosmetoloq və sairə adlar qoyduğunu deyən mütəxəssis deyib ki, əslində kosmetologiya dermatologiyanın bir qoludur: "Onlar müxtəlif televiziya proqramlarında etdikləri çıxışları ilə bəzən əhalini düzgün yönəltmirlər. Televiziya proqramlarında çıxış edənlər elmdə, bu sahədə öz sözünü demiş adamlar olmalıdır. Bəzən kosmetoloq kimi çalışanların tibbi savadı olmur. Lazer epilyasiyalardan lazım oldu-olmadı istifadə edilir. Ölkəmiz şərqdə yerləşdiyindən günəş faktorunun intensiv təsiri nəticəsində xanımlarda tüklənmə əlamətləri ola bilər. Tüklənməni aradan qaldırmaq üçün ilk növbədə dermatoloq yanına gələrək onun səbəbini öyrənmək lazımdır. Həkim icazə verdiyi və lazım bildiyi halda ona lazer epilyasiya etmək olar”.

Bu sahədə vəziyyətin çox pis olduğunu deyən Z.Fərəcov əlavə edib ki, kosmetoloqların çoxu həkim, dermatoloq deyil. Gözəllik salonlarda işləyənlərin çoxunun savadının olmadığını deyən mütəxəssisin sözlərinə görə, onların özlərini televiziya kanallarında reklam etmələri yolverilməzdir: "Bu gün gözəllik salonlarında solyaridən istifadə edilir. Lakin solyarini düzgün qəbul edilmədikdə bəzi bədxassəli xəstəliklər inkişaf edir. Düzgün dozalarda qəbul olunmadıqda fəsadlar verir”.

Baş dermatoveneroloq bu sahəyə nəzarətin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.  (APA)