XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2016 - 17:05

Professor:"Nazirlik adları bu cür yazılmalıdır"

amea

Nazirlik adları böyük hərflə yazılmalıdır. Məsələn, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi. Yalnız “nazir” sözü kiçik hərflə yazılır, məsələn, Daxili İşlər naziri. Azərbaycan yazı qaydalarına görə, yalnız 3 vəzifə böyük hərflə yazılır: prezident, baş nazir və MM sədri”.

Bu sözləri AMEA Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli yazı qaydalarının 114 bənddən 38-ə endirilməsi və bunun da nəticəsində bəzi anlaşılmazlıqların meydana gəlməsi ilə bağlı danışıb. Professor qeyd edib ki, Dilçilik İnstitutu rəhbərliyinə yazı normalarının tam təkmilləşməsi üçün təkliflərini verib və hazırda bunun üzərində iş gedir:

“Təəssüf ki, 2004-cü ildə nəşr olunan lüğətdə yazı qaydaları ilə bağlı maddələr 116-dan 38-ə endirildi. Bunu alimlər o maddələrin ehtiva etdiyi qaydaları hamının bilməsi ilə izah etdilər. Ancaq hamı dilçi deyil axı! Orfoqrafiya qaydaları da hamı üçün buraxılır. Ona görə təklif etmişik ki, çıxarılan qaydaları bir daha nəzərdən keçirmək, lazım olanları bərpa etmək və yaxud təkmilləşdirmək, bəzi zəruri əlavələr etmək vacibdir”.

İ.Məmmədov həmçinin mediada xarici şirkət adlarının, firmaların hərf birləşmələri (diftonqlar) və Azərbaycan əlifbasında olmayan hərflərlə yazılmasının da yazı qaydalarına zidd olduğunu dedi:

“Azərbaycan ədəbi dilinin yazı qaydalarının formalaşdığı prinsiplərdən biri də fonetik prinsipdir. Bu qayda mütləq şəkildə qorunmalıdır. Xarici şirkət adları da transkripsiyadan oxunduğu kimi, səsləndiyi formada yazılmalıdır”.    (Axar.az)