XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

28 Oktyabr 2016 - 13:45

“QMİ nəzir qutularındakı pulları…” –Siyavuş Novruzov

siyavus

"Nəzir qutularından o qədər də vəsait toplanmır. Bu pullar Qafqaz Müsəlmanları İdarəsinə daxil olur. Çünki bu qurum dövlətdən maliyyələşmir".

Bunu millət vəkili Siyavuş Novruzov “Dini etiqad azadlığı haqqında” qanun layihəsinə edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi də bu pulla yardıma ehtiyacı olanlara, Həccə getmək istəyənlərə kömək edir.

S. Novruzov dini icmaların fəaliyyətinə də toxunub. O qeyd edib ki, vaxtilə komitəyə rəhbərlik etmiş şəxslər tərəfindən 719 dini icma qeydiyyatdan keçib: “Hələ keçməyən nə qədər icma da var. Hansı icma ekstremist fəaliyyət göstərəcəksə, dərhal bağlanacaq. Bu gün kimsə evlərdə bu cür fəaliyyətlə məşğul olur. Biz elə iş aparmalıyıq ki onların fəaliyyəti dayandırılsın”.

Millət vəkili Zahid Oruc isə çıxışında nəzir qutularından yığılan pulların şəffaf xərclənilməsi məsələsinin vacibliyinə toxunub.

Qafqazinfo