XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2016 - 20:23

Diplomatlar Hərbi Hava Qüvvələrinin hərbi hissəsində –FOTOLAR

atteseler-vertalyot

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün bu gün Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq verilib və onların sualları cavablandırılıb.

On beş dövləti təmsil edən iyirmidən çox hərbi attaşelik aparatlarının nümayəndələri hərbi hissənin məşğələ otaqları, yataqxana binaları, əsgər yeməkxanası, təlim nöqtələri və obyektləri ilə tanış olublar. Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.