XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2016 - 22:55

OPEC üzvlərinin Vyanada 11 saat sürən nəticəsiz danışıqları –Qapalı görüş sabah davam etdiriləcək (Yenilənib)

opec

OPEC-ə üzv ölkələrin Vyanada keçirilən texniki görüşü başa çatıb.

TASS agentliyinin verdiyi xəbərə görə, danışıqlar sabah davam etdiriləcək.

Bu barədə jurnalistlərə iclası tərk edən görüş iştirakçıları deyib.

Qeyd edək ki, oktyabrın 29-da həmçinin kartelə üzv olmayan, lakin hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlara qatılan ölkələrin iştirakı ilə məsləhətləşmələr aparılacaq. 

***

OPEC-in Vyanada keçirilən və artıq 11 saatdır ki, davam edən görüşü dalana dirənib.

Bu barədə “Dow Jones” öz mənbələrinə istinadən xəbər verib.

Danışıqların uzanmasına səbəb İran və İraq nümayəndələrinin etirazları göstərilir. İlkin məlumata görə, onlar hesab edirlər ki, OPEC adıçəkilən ölkələrin hasilatını düzgün qiymətləndirmir.

Vyanada yerli vaxtla saat 10:00-a başlayan OPEC-in xüsusi komitəsinin görüşü davam edir. İclas mətbuata qapalı keçirilir. 

APA