2015-ci ilin iyul ayı qlobal məlumatların toplanmağa başladığı 1880-ci ildən etibarən ən isti ay olub. Trend-in məlumatına əsasən, bu barədə ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) xəbər yayıb.
Sinoptiklərin məlumatına əsasən, iyul ayında orta temperatur 16,6 dərəcə təşkil edib ki, bu da 1998-ci ilin iyul ayında qeydə alınan rekord göstəricidən 0,08 dərəcə yüksəkdir.
Hesabatda deyilir ki, çox güman, 2015-ci il ümumilikdə ən isti il kimi dünya tarixinə düşəcək. Mütəxəssislərin fikrincə, temperatur rekordlarına Yerdə baş verən qlobal iqlim dəyişiklikləri və El-Ninyo təbiət fenomeni təsir edir.