XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2016 - 15:36

İlanlar İsmayıllıda kəndə hücum etdi- FOTO

İsmayıllı rayonunda torpağın altından sürü halında çıxan ilanlar görənlərin marağına və qorxusuna səbəb olub.

APA-nın xəbərinə görə, rayonun Kürdmaşı kəndindəki dağ yamacında peyda olan ilanları ilk dəfə kənd sakinləri görüblər. Sakinlərin sözlərinə görə, ilanların üzə çıxdığı ərazi kəndin mal-qarasının örüş sahəsi olduğundan bu hal onlar üçün çətinlik  yaradır.
 
İlanlara artıq kənddə də rast gəlinir. Yerli sakinlər son iki gündə sürü halında kəndə soxulan 40-dan çox ilanı öldürdüklərini, qalanlarının isə kolluq ərazidə gizləndiyini deyirlər. Kənd sakinlərinin dediyinə görə, ilanların uzunluğu 1.5 və 2 metrdir. Havaların soyuq və yağışlı olmasına baxmayaraq, ilanların torpağın üstünə çıxması təəccüb doğurub.
 
Kənd sakinləri bildirib ki, yayda kənd ərazisində ara-sıra ilanlar görünməsi normal hal olsa da, soyuq havada zəhərli sürünənlərin kütləvi şəkildə üzə çıxması təşviş yaradır.