Bakının Zığ-Hövsan yolunun tikintisi işləri çərçivəsində Zığ dairəsində yenidənqurma işləri həyata keçirilir.
Bu barədə "Report"a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, oktyabrın 31-i səhər saat 10:00-dan etibarən bir neçə gün müddətində dairədə hərəkət məhdudlaşdırılacaq: "Sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər".
Hövsan qəsəbəsi istiqamətinə və əksinə gediş-gəlişdə isə hər-hansı bir məhdudiyyət olmayacaq.