XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 20:37

“Qarabağ” AZAL-aqalib gəldi

Oktyabrın 29-da Azərbaycan Premyer Liqasında X turun növbəti görüşü oynanılıb.

Azərtac xəbər verir ki, günün son oyunu Şüvəlanda keçirilib. AZAL sonuncu ölkə çempionu “Qarabağ”la qarşılaşıb.

Birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissədə oyuna daha fəal başlayan qonaqlar 63-cü dəqiqədə hesabı açmağa müvəffəq olublar. AZAL-ın qapısından topu Muarem Muarem keçirib. Bu, görüşdə vurulan yeganə qol olub və oyun 1:0 hesabı ilə Qurban Qurbanovun yetirmələrinin qələbəsi ilə yekunlaşıb. Beləliklə, xallarının sayını 22-yə yüksəldən “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində möhkəmlənib. AZAL isə 3 xalla sonuncu yerdədir.

Ölkə çempionatının X turuna oktyabrın 30-da “Zirə” – “Kəpəz” və “İnter” – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.