XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 Avqust 2015 - 14:55

Vitse-prezidentə hucüm oldu – Əfqanıstanda

Əfqanıstanın vitse-prezidenti Əbdül Rəşid Dustum Taliban yaraqlılarının hücumuna məruz qalıb. Trend-in məlumatına görə, cavab əməliyyatında səkkiz terrorçu məhv edilib, ondan artıq terrorçu isə həbs olunub.

Vitse-prezidentin nümayəndəsinin verdiyi məlumata görə, insident vitse-prezident Ə.R.Dustumun öz avtomobilində kənar yollardan birində getdiyi zaman baş verib.

Hadisənin baş verməsi ilə bağlı digər təfərrüatlar dəqiqləşdirilir.

Qeyd edək ki, Əfqanıstan ərazisində Taliban radikal qruplaşmaları var. Hökumət qüvvələri tərəfindən mütəmadi olaraq yaraqlılara qarşı əməliyyatlar həyata keçirilir. Bu əməliyyatlar zamanı isə tez-tez dinc əhali qurban olur.