XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2016 - 13:47

Azərbaycanda nazirlik əməkdaşıiş başında güllələndi

Bu gün səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı İmişli ərazi ekologiya şöbəsinin Saatlı rayonu üzrə müfəttişi, 62 yaşlı Ağakərim Səlimov güllə yaraları ilə Şirvan şəhər xəstəxanasına gətirilib.

Xəstəxanadan virtualaz.org-a verilən məlumata görə, xəstə qarın boşluğu və yan nahiyəsindən güllə yaraları aldığından əməliyyat olunub və hazırda həyatı üçün hüç bir təhlükə yoxdur.

ETSN-dan da baş vermiş hadisəni təsdiqləyərək bildiriblər ki, müfəttiş Ağakərim Səlimov qanunsuz ov edənlərə qarşı aparılan tərdbirlər zamanı güllə yarası alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.