XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2016 - 15:53

Əfqanistanda əməliyyat:70 silahlı zərərsizləşdirilib

%c9%99fqan

Əfqanıstanın təhlükəsizlik qüvvələri son sutka ərzində 70 silahlını zərərsizləşdirib.

Bu barədə "RİA Novosti" ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.

Məlumata görə, bununla bağlı əməliyyat ölkənin müxtəlif regioanlarında keçirilib. On beş vilayətdə keçirilmiş irimiqyaslı əməliyyata ordu ilə yanaşı, polis və kəşfiyyat orqanları da cəlb edilib.

Birləşmiş qüvvələr artilleriyanın dəstəyi ilə onlarla əldəqayırma partlayıcı qurğunu zərərsizləşdiriblər.

Əməliyyat zamanı 9 hərbçi həlak olub. On beş silahlı yaralanıb, 20 silahlı isə həbs edilib.  (Report)