XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Oktyabr 2016 - 17:29

Azərbaycan Premyer liqası:“Zirə” “Kəpəz”ə qalib gəldi

Oktyabrın 30-da Azərbaycan Premyer Liqasında X turun növbəti oyunu keçirilib.

Az'rtac xəbər verir ki, günün ilk qarşılaşmasında Bakının “Zirə” və Gəncənin “Kəpəz” klubları üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən matç bakılıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin heyətində Cavid Tağıyev və Elvin Məmmədov fərqlənib.

Bununla da paytaxt klubu məğlubiyyətsizlik oyunlarının sayını 4-ə çatdırıb və 14 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

“Kəpəz” isə 11 xalla 5-ci pillədə qərarlaşıb.