XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2016 - 10:08

Erməni əsilli ABŞ vətəndaşları 200 il azadlıqdan məhrum edilə bilər –İrana silah avadanlığı apardıqlarına görə

q

ABŞ-ın erməni əsilli iki vətəndaşı Zavik Zarkaryan və Vaçe Nairyan 100 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

52 yaşlı Z.Zarkaryan və 57 yaşlı V.Nairyan ABŞ-dan qanunsuz yolla hərbi avadanlıqları İrana aparmaqda ittiham olunurlar.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, onlar "F-14", "F-15", "F-16" və "F-18" qırıcı təyyarələrinin 3 milyon dollar dəyərində ehtiyat hissələrini ABŞ-dan İrana göndəriblər. 

Xəbərdə bildirilib ki, Z.Zarkaryan və V.Nairyan ittihamı qəbul etməyib və məhkəmə girov qarşılığında onları zaminə buraxıb. Günahları təsdiqlənəcəyi halda Z.Zarkaryan 115 il azadlıqdan məhrum ediləcək və dövlətə 4,7 milyon dollar məbləğində cərimə ödəyəcək. V.Nairyana isə 95 il iş kəsiləck, 3,7 miyon dollar cərimələnəcək.

Məhkəmənin növbəti prosesi noyabrın 2-də keçiriləcək.   (Report)