XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2016 - 10:40

Türkiyədə bələdiyyə sədrləri və sabiq deputat həbs olundu

belediye

Türkiyənin Diyarbəkr vilayətinin bələdiyyə sədrlərinin həbsinə qərar verilib.

“Milliyet”in verdiyi xəbərə görə, bələdiyyənin həmsədrləri Gültan Kışanak və Fırat Anlı ilə bərabər keçmiş deputat Ayla Akat Atanın barəsində həbs qətimkan tədbiri seçilib.

Hər üç şəxs terrorçuluqda təqsirləndirilir. Onlar PKK terror təşkilatına dəstək verməkdə ittiham olunur. (APA)

Kocaeli vilayətində Gültan Kışanak, Fırat Anlı və Ayla Akat Atanın həbsinə etiraz əlaməti olaraq, aksiya keçirən şəxslərdən 20 nəfər də saxlanılıb.