XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2016 - 15:58

Badamdar, Əhmədli-Günəşli, Zığ və Masazırda sürüşmə aktivləşib –Nazirlik

baki_shamahi_yolu_surushme_050416_01

Bakı şəhəri və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində olan vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Badamdar sürüşmə sahəsində istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar müşahidə edilib, sürüşmə ərazisində ayrı-ayrı lokal sahələrdə sürüşmə kütləsi su ilə tam doyaraq yamacboyu axıb.

 O bildirib ki, Suraxanı rayonunda, Əhmədli-Günəşli arası sürüşmə sahəsinin kütləsi üzərində və istinad divarlarında olan çatların ölçülərində genişlənmə müşahidə edilib.

 Ekspedisiya rəisinin sözlərinə görə, Zığ-1 sürüşmə sahəsində lokal sahələrdə sürüşmənin dinamikasında nisbi aktivlik müşahidə olunub, torpaq və divarlarda çatların ölçüləri 1,2-2 sm genişlənib.

 Ə. Qaralov qeyd edib ki, Masazırda sürüşmə kütləsinin üzərindəki mövcud çatlarda 2 sm-ə qədər genişlənmələr müşahidə olunub: “Masazır qəsəbəsində, Mirzə İbrahimov küçəsi boyunca atmosfer yağıntılarının təsirindən 25-30 metr məsafədə uçqun baş verib. Hazırda prosesin dinamikasında aktivlik müşahidə olunur”.