XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2016 - 18:23

Nazir:“Münaqişələrin həllində BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır”

Elmar

Beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Misirin "MENA" informasiya agentliyinə müsahibəsində deyib.

Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi barədə ətraflı danışan E. Məmmədyarov Ermənistanın işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi barədə məlumat verib, son aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlardan söz açıb.

Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladan nazir bu qətnamələrin hələ də icra edilmədiyini, işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyünü bildirib.