XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2016 - 18:28

Namizəd:"Rusiyanın Moldovadakı dayaqları birləşir"

rus

Bütün sol qüvvələri məni dəstəkləməyə çağırıram.

Bunu jurnalistlərə açıqlamasında Moldova prezidentliyinə Sosialistlər Partiyasından namizəd İqor Dodon söyləyib. Onun sözlərinə görə, sol partiyaları Rusiya ilə münasibətlərin möhkəmləndirilməsi birləşdirir. O, müraciətini Bizim Partiyanın lideri Renato Usatıya və Kommunist Partiyasının rəhbəri Vladimir Voroninə ünvanlayıb.

Qeyd edək ki, Moldovada baş tutan prezident seçkisinin ilk turunda namizədlərdən heç biri tam qələbə qazanmayıb. İlk turda rusiyayönlü Dodon 48%, avrointeqrasiya tərəfdarı olan Maya Sandu isə 37 % səs toplamağı bacarıb.

Dodon və Renato Usatıy Rusiyanın Moldovadakı əsas dayaqları hesab olunurlar. Həm Dodon, həm də Usatıy Moskvanın aktiv dəstəyi nəticəsində son bir neçə ildə parlaq siyasətçiyə çevrilə biliblər.  (Axar.az)