XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2016 - 18:37

XİN:Elmar Məmmədyarov Braziliya Deputatlar Palatasının sədrini qəbul edib

elmar-2

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Braziliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. E. Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri, o cümlədən Braziliya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirərək, bu səfərin tarixi xarakter daşıdığını və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O, Braziliyanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq danışıqlar yolu ilə həllinə dair mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar barədə danışan nazir Braziliya istehsalı olan “Embraer” tipli təyyarələrin Azərbaycanda mülki aviasiyada istifadə edildiyini və digər Braziliya şirkətlərinin də ölkədə uğurlu fəaliyyəti üçün imkanların olduğunu söyləyib.

Braziliya nümayəndə heyətinin sədri Rodriqo Maya Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qonaq ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə neftin qiymətlərinin düşməsinin dünya iqtisadiyyatına mənfi təsiri və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında da müzakirələr aparılıb.