XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2016 - 18:42

Saakaşvili:“Biz artıq yaxşı başa düşürük ki...”

saakasvili

Gürcüstanda keçirilən parlament seçkisinin II turu hazırkı hökumət tərəfindən saxtalaşdırılıb.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, xalq hakimiyyətlə aktiv mübarizəyə başlamalıdır:

“Biz 2003-cü ildə hökumətin seçkidə kütləvi saxtakarlıq edəcəyini bilirdik, ona görə də səfərbər olmuşduq. Biz artıq yaxşı başa düşürük ki, Gürcüstanda bundan sonra Bidzina İvanişvilinin nəzarət etdiyi bütün seçkilər saxtalaşdırılacaq. Bu cinayətkar rejimə qarşı dayanmalıyıq. Təcili olaraq qruplaşıb, aktiv mübarizə başlatmalıyıq”.

Qeyd edək ki, Gürcüstan parlament seçkisinin 2-ci turunda Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası heç bir dairədə qələbə qazana bilməyib. Bununla da Vahid Milli Hərəkat parlamentdə 27 mandatla kifayətlənməli olub. Gürcü Arzu partiyası isə parlamentdə 115 yerə yiyələnib.

Gürcüstan parlamenti 150 deputatdan ibarətdir.  (Axar.az)