XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2016 - 19:30

Rodriqo Maya:“Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

rodriqo

Milli Məclisin sədri Oqtay Əsədov Bakıda rəsmi səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MM-dən verilən məlumata görə, O. Əsədov deyib ki, Azərbaycan Latın Amerikası dövlətləri ilə daha sıx əlaqələrin qurulmasında Braziliyanın dəstəyində maraqlıdır. Dağlıq Qarabağ problemindən söz açan sədr münaqişənin Azərbaycan ictimaiyyətini narahat edən bir nömrəli məsələ olduğunu vurğulayıb. O, Braziliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirərək xatırladıb ki, R. Maya hələ 2013-cü ildə parlamentdə komitə sədri olduğu vaxt onun təşəbbüsü ilə qəbul olunmuş sənəddə erməni işğalını ifşa edən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəndlər öz əksini tapıb: “Ümid edirik ki, yaxın gələcəkdə Braziliya Milli Konqresinin Senatında və Deputatlar Palatasında erməni işğalını qınayan və bu hərəkətlərə layiqli qiymət verən sənədlər qəbul ediləcək".

Rodriqo Maya isə bildirib ki, iki ölkə arasında neft, qaz, turizm, iqtisadiyyatın digər sahələrində əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar var:“Braziliya Dağlıq Qarabağ probleminin həllində münaqişənin çözülməsi üçün BMT-nin qətnamələrində öz əksini tapmış müddəaların yerinə yetirilməsini önəmli hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Braziliya Qafqazın bu bölgəsinə böyük maraq göstərir və gələcəkdə parlamentlərarası, iqtisadi, mədəni, humanitar sahələrdə münasibətləri dərinləşdirmək üçün lazımi addımlar atmaq niyyətindədir”.  (APA)