XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2016 - 20:01

İranda silahlı insident:ölən və yaralananlar var

ak

İranın Kohgiluyə və Boyer-Əhməd əyalətində, Bəhməi şəhərində baş vermiş atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb. 

3 nəfər maskalı şəxs “Pejo” markalı avtomobil ilə Bəhməi şəhərinin Likək qəsəbəsində məhkəmənin qarşısında avtomat  silahla insanlara atəş açıb.

Hadisə nəticəsində  1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralananlardan birinin vəziyyəti ağırdır.

Silahlı şəxslər Xuzestan əyaləti istiqamətində qaçarkən yolda qəzaya uğrayıblar. Qəza nəticəsində  hücum edən şəxslərdən biri həyatını itirib. Cinayəti törədən digər iki nəfər isə həbs olunub.

Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.  (APA)