XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2016 - 12:32

Sabah hava necə olacaq? –Nazirlikdən xəbərdarlıq

hava yagis

Bakı və Abşeron yarımadasında noyabrın 2-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz  8-10° isti, Bakıda gecə  6-8° isti, gündüz  8-10° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 2-də Abşeron yarımadasında yağıntılı və  arabir güclənən  külək meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın  oksigenlə zəngin və təmiz olması müsbət amildir. Noyabrın 3-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanla r üçün nisbətən əlverişlidir.