XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 Noyabr 2016 - 14:21

Abdulatipov:“Dağıstanda elə məhsullar istehsal olunur ki, Azərbaycan onları başqa ölkələrdən 3 dəfə baha alır”

ab

Dağıstanla Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Nəqliyyat Loqistika Mərkəzinin yaradılmasına dair bir sıra sənədlər hazırlanıb.

Bunu Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov deyib.

“Dağıstanda elə məhsullar istehsal olunur ki, Azərbaycan onları başqa ölkələrdən 3 dəfə baha alır. Ona görə də əməkdaşlıq üçün perspektivlər böyükdür. Əməkdaşlığımız dövlətlərarası səviyyədə yaxşı inkişaf edir. Lakin regionlararası səviyyədə hələlik zəif işləyirik. Hər iki ölkədən regional nümayəndəliklərin sayı artmalıdır", – deyə o vurğulayıb.
Dağıstan rəhbəri turizmin də zəif inkişaf etdiyini qeyd edib: “Biz regionlararası turizm potensialından demək olar ki, istifadə etmirik. Turistlərin səfərləri və hava rabitəsi üzərində işləyirik. Sadəcə aviaşirkətlər ilk aydan gəlir əldə etmək istəyir".   (APA)