XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2016 - 14:31

Baxçalı:"Qoy AB öz işləri ilə məşğul olsun..."

bahceli

Biz edamla bağlı mövqeyimizi dəyişməmişik.

Bunu Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı öz partiyasının qrup toplantısında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, MHP heç vaxt xalqın istəklərinə qarşı gəlməyəcək:

“Gördüyümüz qədərilə prezident edam məsələsində könüllüdür. Baş nazir isə cəmiyyətin tələbi olduğunu iddia edərək, bunun mümkün ola biləcəyini söyləyib. MHP İmralı canisinin (PKK terror təşkilatının lideri Abdullah Öcalan nəzərdə tutulur – red.) asılması məsələsində mücadiləsini davam etdirən zaman qarşımızdakı koalisiya buna mane oldu. Bizim mövqeyimiz eynidir. Eyni olmayan tək şey dünən bizi tənqid edənlərin bu gün yanımızda yer almalarıdır. Madam ki, millətimiz edam istəyir, o zaman çox danışmağa ehtiyac yoxdur. AKP buna hazırdırsa, MHP dünəndən hazırdır. Cənab baş nazirə deyirəm ki, gəlin, bu işi bitirək. Təklif Türkiyə Böyük Millət Məclisinə gələcəyi zaman MHP türk millətinin tələblərinə uyğun olanı edəcək. Avropa Birliyinin komissarları qoy gedib öz işləri ilə məşğul olsunlar”.

Qeyd edək ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul çevriliş cəhdinin təşkilatçılarının edam edilmə ehtimalının olduğunu bildirib.  (Axar.az)