XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2016 - 16:01

Tanınmış jurnalist Rauf Mirqədirov İsveçrədən siyasi sığınacaq istədi

rauf-m-1

Tanınmış publisist, “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov İsveçrədə siyasi sığınacaq istəyib.

Bunu Turan-a vəkil Fuad Ağayev bildirib. Xatırladaq ki, R.Mirqədirov dövlətə xəyanət ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. R.Mirqədirov həbsdən öncə “Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. Orada yerli polis tərəfindən saxlanılıb və Azərbaycana ğöndərilib. Ancaq ailəsi orada qalıb. Beynəlxalq hüquq-müdafiə təşkilatlarının və İsveçrə hakimiyyətinin dəstəyi sayəsində onun xanımı və iki övladı bu ölkədə sığınacaq alıb.

Üç ay öncə Azərbaycan hakimiyyəti R. Mirqədirova ailəsinə baş çəkməyə icazə verib.

Jurnalist öz qərarını ailəsi ilə birləşmək istəyi, hələ də azadlığı və səhhəti üçün təhlükənin qalması ilə izah edib. Belə ki, ona qarşı ittiham hələ aradan qaldırılmayıb.