XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 November 2016 - 21:26

“Qəbələ”nin futbolçusu Avropadabombardirlər siyahısında liderdir

“Qəbələ” futbol klubunun fransalı hücumçusu Baqali Dabo Avropanın milli çempionatlarının ən məhsuldar bombardirləri siyahısına liderlik edir.

Azərtac xəbər verir ki, Topaz Premyer Liqasında 7 qolla bombardir olan fransalı hücumçu bu nəticəni meydanda olduğu 452 dəqiqə ərzində əldə edib. Bu isə orta hesabla hər 64 dəqiqəyə bir qol deməkdir.

B.Dabo bu göstərici ilə Lionel Messi, Edin Ceko, Edison Kavani kimi ulduz futbolçuları qabaqlayaraq siyahının ilk pilləsində yer alıb. Bu göstərici Edison Kavanidə (“PSJ”) 77, Lionel Messidə (“Barselona”) 82, Edin Cekoda (“Roma”) isə 88 dəqiqə təşkil edir.