XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2016 - 23:56

Dövlət Departamenti:"İraq ordusu Mosulun azad edilməsi əməliyyatını uğurla həyata keçirir"

usa

İraq ordusu ölkənin şimalındakı Mosul şəhərinin azad edilməsi əməliyyatını uğurla həyata keçirir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi deyib.

O, bildirib ki, Mosulun azad edilməsi kampaniyası planlaşdırıldığından da sürətli həyata keçirilir. "Deyə bilərəm ki, ordu müvəffəqiyyətlə irəliləyir. Onların kampaniyası nəzərdə tutulmuş qrafikdən daha sürətlə həyata keçirilir" – deyə o bildirib.

Dövlət Departamentinin rəsmisi əlavə edib ki, İraqın Silahlı Q üvvələri və onların müttəfiqləri şəhərdə və ondan xaricdə İŞİD terror qruplaşmasına hücumlar edir.

Con Kirbi həmçinin əlavə edib ki, Dövlət Departamenti İraqdakı əməliyyat zamanı mülki sakinlər arasında hər hansı itki barədə məlumat almayıb.  (Report)